İran Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını elan edib.
Ölkənin xarici işlər naziri Abbas Araqçi bildirib ki, Livanda əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq boğazdan keçid tam şəkildə açılıb.
Onun sözlərinə görə, gəmilər artıq atəşkəsin qalan müddəti ərzində əvvəlcədən müəyyən edilmiş və İran Limanlar və Dənizçilik Təşkilatı tərəfindən açıqlanan marşrut üzrə sərbəst hərəkət edə biləcəklər.
Hörmüz boğazı beynəlxalq enerji daşımaları üçün ən vacib keçid nöqtələrindən biri hesab olunur.