Tramp İrana qarşı 20 milyard dollarlıq plan təklif edib

Tramp İrana qarşı 20 milyard dollarlıq

Donald Trump administrasiyası İran ilə nüvə proqramı üzrə müharibənin dayandırılması məqsədilə yeni plan üzərində danışıqlar aparır. Məlumata görə, ABŞ İrana məxsus 20 milyard dollar dondurulmuş vəsaiti azad etməyi təklif edir.

Axios-ın iki ABŞ rəsmisinə və danışıqlara yaxın mənbələrə istinadən yaydığı məlumata əsasən, bu addım müqabilində İranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi tələb olunur.

Plan 50 günə yaxın davam edən münaqişənin başa çatdırılması üçün hazırlanmış üç səhifəlik sənəd çərçivəsində müzakirə edilir.

Məlumata görə, ABŞ əvvəlcə 6 milyard dolların azad edilməsini təklif edib, İran isə 27 milyard dollar tələb edib. Hazırda müzakirə olunan kompromis məbləğ 20 milyard dollardır.

Danışıqlarda həmçinin İranın təxminən 2 000 kq zənginləşdirilmiş uran ehtiyatının taleyi müzakirə olunur. Onlardan 450 kq-a yaxın hissənin 60%-ə qədər zənginləşdirildiyi bildirilir.

Təklifə əsasən, yüksək zənginləşdirilmiş uranın bir hissəsi üçüncü ölkəyə göndəriləcək, qalan hissə isə beynəlxalq nəzarət altında İranda seyrəldiləcək.

Sənəd həmçinin uranın zənginləşdirilməsinə dair könüllü moratoriumu nəzərdə tutur. ABŞ 20 illik qadağa tələb edir, İran isə 5 illik müddət təklif edir.

Danışıqlarda Pakistan vasitəçi rol oynayır, prosesə kulis dəstəyini isə MisirTürkiyə göstərir.