Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Monetar.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova.

"general-mayor" hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə;

polkovnik Hikmət Rövşən oğlu Əliyevə;

polkovnik Telman Əsgər oğlu Hüseynova.