Münaqişələr dünya ölkələrinə 19 trilyon dollara başa gəlib

Münaqişələr dünya ölkələrinə

Dünyada müharibələr 2024-cü ildə 19 trilyon dollarlıq iqtisadi zərər yaratdı. Hərbi xərclər 9 trilyon dollar, daxili təhlükəsizlik xərcləri isə 5,7 trilyon dollar təşkil edib. ÜDM itkiləri 462 milyard dollar olaraq qeydə alınıb.

Münaqişələr nəticəsində 122 milyon insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəm 2008-ci ildən bu yana iki dəfə artıb.

Ən çox hərbi xərclər edən ölkələr ABŞ (949 milyard dollar) və Çin (450 milyard dollar) olub. Eyni zamanda, Norveç, Danimarka və Banqladeş ÜDM-də hərbi xərclərin payını artıran ölkələr sırasındadır.

MONETAR.AZ