Tramp apreldə Pekinə səfər edəcək

Tramp apreldə Pekinə

ABŞ Prezidenti Donald Tramp Çin Dövlət Başkanı Si Cinpinlə telefon danışığı apardı. Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada söhbətin “çox məhsuldar” keçdiyini bildirib.

Trampın sözlərinə görə tərəflər Ukrayna–Rusiya müharibəsi, fentanil problemi, soya və digər kənd təsərrüfatı məhsullarının ticarəti daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər. ABŞ lideri iki ölkə arasında münasibətlərin “son dərəcə güclü” olduğunu vurğulayıb.

Tramp üç həftə əvvəl Cənubi Koreyada Si Cinpinlə keçirdiyi görüşü xatırladaraq “Artıq böyük mənzərəyə fokuslana bilərik” deyib. O, Çin liderinin dəvəti ilə aprel ayında Pekinə rəsmi səfər edəcəyini, qarşılığında Si Cinpinə yaxın aylarda ABŞ-a dövlət səfəri üçün dəvət göndərdiyini açıqlayıb.

ABŞ Prezidenti iki tərəfin davamlı əlaqə və yaxın dialoqda olmağı razılaşdırdıqlarını da qeyd edib.

Monetar.az