Trump yeni vergi qanununu bu gün imzalayacaq

Trump yeni vergi qanununu
4 İyul 2025 09:16

ABŞ Prezidenti Donald Trump,Konqresin qəbul etdiyi vergi endirimi və dövlət xərcləmələrinə dair qanun layihəsini bu gün imzalayacaq. Ağ Evin məlumatına görə, imzalama mərasimi yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 23:00-da) keçiriləcək.

Qanun layihəsi, 2017-ci ildə tətbiq edilən müvəqqəti vergi endirimlərini daimi edəcək. Sənədin qüvvəyə minməsi ilə 10 ildə federal bedcəyə 3,4 trilyon dollar əlavə yük düşəcək. ABŞ-ın ümumi dövlət borcu artıq 36,2 trilyon dollardır.

Trump jurnalistlərə açıqlamasında, 10–12 ölkəyə yeni gömrük tarifləri ilə bağlı məktubların bu gündən etibarən göndəriləcəyini bildirib. Tariflərin 10-70  faiz arasında dəyişəcəyi və 1 avqustdan qüvvəyə minəcəyi qeyd olunub.

Prezident, tək-tək ölkələrlə konkret ticarət razılaşmaları bağlamağa üstünlük verəcəklərini deyib. “170 ölkə ilə eyni vaxtda danışıqlar aparmaq çətindir, bu səbəbdən mərhələli şəkildə irəliləyəcəyik,” – deyə Trump əlavə edib.

MONETAR.AZ


Oxşar xəbərlər