Əvvəl kirayələ, sonra özünə qalsın - 359 mənzil satışda

Əvvəl kirayələ, sonra özünə qalsın -
4 İyul 2025 15:31

Bakı və Sumqayıt şəhərlərində 359 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksində 79, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 280 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində inşa olunan yaşayış kompleksində yerləşən mənzillər 3 və 4 otaqlı, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində yerləşən mənzillər isə 1, 2 və 3 otaqlıdır.

Yeni mənzillər seçim üçün 14.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7280 kirayə müqaviləsi bağlanılıb.

MONETAR.AZ


Oxşar xəbərlər