Reyestrsiz qəzet buraxanlar cərimələnəcək

4 İyul 2025
14:20
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 381.15-ci maddəsində əksini tapıb.
Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
MONETAR.AZ