Diş ağrısı keçər, bəs qiymət ağrısı? - Son 5 ildə stomotologiyada bahalaşma

4 İyul 2025
15:09
Son 5 ildə ərzində Azərbaycanda stomatoloji xidmətlərin qiymətlərində əhəmiyyətli artım müşahidə edilib.
Dişin çəkilməsi, diş müalicəsi və diş protezinin hazırlanması kimi əsas xidmətlərin hamısında nəzərəçarpacaq bahalaşma baş verib.
Dövlət Statistika Komitəsinin açıqladığı orta göstəricilərə əsasən dişin çəkilməsi xidməti 2020-ci ildə 7,58 manat olduğu halda indi ildə 12,85 manata yüksəlib. Bu, 69,5 73 faiz artım deməkdir.
Diş müalicəsi xidmətinin qiyməti isə 23,70 manatdan 34,87 manata qalxıb ki, bu da 47,173 faizlik artımı göstərir.
Diş protezinin hazırlanması xidmətində daha yüksək artım müşahidə olunub. 2020-ci ildə 145,31 manat olan bu xidmətin qiyməti 2024-cü ildə 251,10 manata çatıb. Bu da 73 faizlik artıma bərabərdir.
MONETAR.AZ