Türkiyə qızılın bahalaşmasından 1 həftədə 3 milyard dollar qazandı

Türkiyə qızılın bahalaşmasından
10 Oktyabr 2025 08:54

Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları qızıl qiymətlərindəki artımın təsiri ilə 186,2 milyard dollara çataraq tarixində ən yüksək səviyyəyə yüksəldi.

Bankın məlumatına görə bu, əvvəlki həftədəki göstəricidən 3 milyard dollar çoxdur artımdır.

Eyni dövrdə xalis ehtiyatlar da 72,7 milyard dollardan 75,2 milyard dollara yüksəlib.

Svap (mübadilə) əməliyyatları xaric xalis ehtiyatlar isə 57,2 milyard dollardan 59,5 milyard dollara qalxıb.

MONETAR.AZ


Oxşar xəbərlər