Türkiyədə tekstil böhranı: Firmalar bağlanır, istehsalçılar ölkəni tərk edir

Türkiyədə tekstil böhranı:
4 İyul 2025 11:17

2025-ci ilin ilk aylarından etibarən Türkiyənin tekstil və hazır geyim sektorunda ciddi böhran yaşanır. TBMM-də müzakirəyə çıxarılan təklif əsasında məlum olub ki, yalnız cari ilin ilk rübündə 2147 tekstil şirkəti fəaliyyətini dayandırıb. Sektor nümayəndələri isə vəziyyətin daha da pisləşdiyini bildirirlər.

Yeni Yol Partiyasının Qrup rəhbəri Mehmet Emin Ekmen parlament müzakirələrində çıxışı zamanı bildirib ki, istehsalçıların təxminən 75 faizi zərər edir və istehsal xərclərini qarşılaya bilmir:

CHP Kayseri millət vəkili Aşkın Genç isə açıqlamasında qeyd edib ki, yalnız 2025-ci ilin ilk üç ayında 2 min 147 firma fəaliyyətini dayandırıb. B

Hal-hazırda Türkiyədə təxminən 600 min insan tekstil və hazır geyim sahəsində çalışır. Ailələri ilə birlikdə bu say milyonlarla vətəndaşı əhatə edir. İqtisadiyyatın lokomotiv sahələrindən biri olan tekstilin bu vəziyyətə düşməsi həm iqtisadi, həm də sosial baxımdan ciddi fəsadlara yol aça bilər.

Sektor nümayəndələri hökumətdən vergilərdə güzəşt, ixrac təşviqləri və istehsal xərclərinin azaldılması istiqamətində təcili tədbirlər görməsini tələb edir. Əks halda, ölkədən kapital axını və işsizliyin artması qaçılmaz olacaq.

MONETAR.AZ


Oxşar xəbərlər