Depozitlər cüzi də olsa bahalaşıb

7 İyul 2025
15:46
Azərbaycanda əmanətlər bahalaşır
2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda bankların manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,87 faiz təşkil edib.
Monetar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi hüquqi şəxslər üzrə 7,11 faiz, fiziki şəxslər üzrə isə 10,21 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,94 faiz bəndi və 0,90 faiz bəndi artıb.
Xatırladaq ki, cari il iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 38 milyard 179,3 milyon manata bərabər olub.