Bankların xalis mənfəəti 1 milyard manata çatır

Bankların xalis mənfəəti

2025-ci ilin oktyabr ayına olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500-ə, şöbələrinin sayı 87-ə, ATM-lərin sayı isə 3 430-a çatıb. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% artaraq 26 921 nəfər təşkil edib.

Bankların cümi aktivləri 56 341,9 milyon manat, öhdəlikləri 49 182 milyon manat, balans kapitalı isə 7 159,9 milyon manat olub.

Hesabat ayında bankların kredit portfeli 0.4% artaraq 29 403,9 milyon manat təşkil edib. Kredit portfelinin strukturu belədir:

  • Biznes kreditləri – 53.1% (15 623,4 mln. manat)

  • İstehlak kreditləri – 31.4% (9 232,4 mln. manat)

  • İpoteka kreditləri – 15.5% (4 548,1 mln. manat)

Bankların öhdəliklərinin əsas hissəsini depozit portfeli təşkil edir. Cəmi öhdəliklərin 73.3%-i (36 062,9 mln. manat) depozitlərdən ibarətdir. Depozitlərin 57%-i hüquqi şəxslərin, 43%-i isə fiziki şəxslərin hesabına düşür.

Fiziki şəxslərin depozitlərinin 68.2%-i milli valyutada, 31.8%-i xarici valyutada saxlanılır. Əmanətlərin 63.6%-i müddətli, qalan hissəsi tələbli əmanətlərdən ibarətdir. Oktyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 1.7% (163,4 mln. manat), tələbli əmanətləri isə 0.2% (8,6 mln. manat) artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında banklar tərəfindən unikal müddətli əmanətçi sayı 4 812 nəfər artaraq 2.7%-ə, ilin əvvəlindən isə 23.6% artaraq 35 450 nəfərə çatıb.

Hüquqi şəxslərin tələbli depozitləri 15 236,8 mln. manat təşkil edib ki, bu da hüquqi şəxslərin depozit portfelinin 74.3%-ni təşkil edir.

Bankların maliyyə nəticələrinə gəldikdə isə, yanvar-oktyabr aylarında xalis mənfəət 986,8 mln. manat, əməliyyat mənfəəti isə 1 529,7 mln. manat olub. Bu müddət ərzində banklar 241,6 mln. manat məbləğində mənfəət vergisi ödəyiblər.

MONETAR.AZ