Qlobal maliyyə sistemində bank sektorunun ümumi həcmi ilə bağlı yeni hesabat açıqlanıb. Dünyanın ən böyük 50 bankı birlikdə 101,6 trilyon ABŞ dolları dəyərində aktiv idarə edir.
Siyahının ilk pillələrində Çin bankları üstünlük təşkil edir. Ən böyük banklar Çin Sənaye və Ticarət Bankı, Çin Kənd Təsərrüfatı Bankı, Çin Tikinti Bankı və Çin Bankıdır. Bu 4 bank birlikdə təxminən 25,5 trilyon dollar aktivə sahibdir.
ABŞ-ın ən böyük bankı JPMorgan Chase beşinci yerdə qərarlaşıb. Ölkənin digər iri bankları Bank of America və Citigroup hesab olunur. Avropada isə BNP Paribas, HSBC və Credit Agricole kimi banklar ön sıralarda yer alır.
Ümumilikdə hesabat göstərir ki, qlobal bank sektorunda Çin bankları dominant mövqedədir. ABŞ və Avropa bankları isə daha balanslı, lakin nisbətən kiçik payla təmsil olunur.
MONETAR.AZ