Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi

İnvestisiya şirkətlərinin mənfəəti niyə azalıb?

İnvestisiya şirkətlərinin
7 Oktyabr 2025 10:09
Rəsmi hesabatda bildirilir ki, 2025-ci ilin ilk yarısında investisiya şirkətlərinin mənfəəti 67 faiz azalıb. Hesabatda bu azalmanın səbəbi olaraq artan haqq və komissiya, əməkhaqqı və sosial xərclər, eləcə də inzibati xərclər göstərilir.
Düzünü desəm, dövlət qurumunun dediyi səbəblər rəsmi və həqiqət payı olan texniki izahdır. Amma bu izah problemin əsas səbəbini və kökünü açıqlamır.
Mən bir neçə gün əvvəl mənzil qiymətlərini artıran səbəblər barədə yazmışdım. Əslində, həmin səbəblər investisiya şirkətlərinin mənfəətinin azalmasının da kökündə dayanır. Yəni kapital real sektora yönəlmir, maliyyə dövriyyəsi zəifləyir və nəticədə həm bazarda dəyər yaradılmır, həm də investisiya fəaliyyəti mənfəət gətirmir.
Çünki, iqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda investisiya şirkətləri də artan xərcləri asanlıqla kompensasiya edə bilir. Amma kapital istehsal və innovasiyaya deyil, daha çox passiv istiqamətlərə yönəldiyi üçün iqtisadi dövriyyə effektiv dərəcədə yüksəlmir. Nəticədə həm bazarda yetəri qədər dəyər yaranmır, həm də maliyyə sistemi dayanıqlı gəlir mənbələrindən məhrum olur.
Məhz bu səbəblərə görə də dəfələrlə bildirmişdim ki, Azərbaycanda özəl pensiya fondları yaradılacağı təqdirdə onların uğurlu fəaliyyət göstərməsi çətin olacaq. İndi isə daha sərbəst və peşəkar investisiya şirkətlərinin belə mənfəətinin 67 % azalması bu fikirləri artıq ehtimal yox, fakt səviyyəsinə qaldırır. Yəni bazarda vəziyyət elədir ki, investisiyadan gəlir qazanmaq çətinləşir, kapital isə iqtisadiyyata deyil, dəyər yaratmayan sahələrə yönəlir.
Əlqərəz, istər investisiya şirkətlərinin mənfəət dinamikası, istər mənzil bazarındakı bahalaşma, istər əməkhaqqı artım tempi, pensiya məbləğləri, DSMF-nin gəlir-xərc balansı, məşğulluq göstəriciləri və regionların inkişaf tempi kimi bütün bu məsələlərin həllində uğurlu nəticələr əldə etmək üçün kapitalın real sektorda dövriyyəsini gücləndirmək, iqtisadiyyatda dəyər yaradan sahələri genişləndirmək və resurslardan səmərəli istifadəni təmin etmək qaçılmaz zərurətdir.
Eldəniz Əmirov
İqtisadçı

Oxşar xəbərlər