İsveçdə istehlak qiymətləri mart ayında illik hesablamada 1,6% artıb ki, bu da analitiklərin gözləntilərindən aşağı nəticədir. Bu barədə statistik idarənin çərşənbə axşamı dərc etdiyi ilkin qiymətləndirmədə bildirilir.
Sabir faiz dərəcəsi ilə hesablanan istehlak qiymətləri indeksi (CPIF) Reuters-in sorğusu nəticəsində formalaşmış 2,2% proqnozundan aşağı olub.
İpoteka kreditləri üzrə faiz dərəcələrindəki dəyişikliklərin birbaşa təsirini istisna edən CPIF göstəricisi İsveç Mərkəzi Bankı tərəfindən izlənilən əsas inflyasiya indikatorudur.
MONETAR.AZ