Exeed şirkəti hələ yeni EX7 krossoverinin Çində satışına başlamasa da, bəzi avtomobil həvəskarları modeli artıq yaxından görməyə nail olublar. Autohome forum istifadəçilərindən biri avtomobillə bağlı ilk rəylərini bölüşüb.
İstifadəçinin sözlərinə görə, Exeed EX7 real həyatda fotolardan daha cəlbedici görünür. O, xüsusilə tünd-yaşıl rəng çalarını qeyd edib. Bu rəng buludlu havada qara, günəşli havada isə yaşılımtıl ton alır.
Salon yüksək keyfiyyətli materiallarla diqqət çəkir. İstifadəçi yumşaq örtükləri və toxunuş baxımından xoş olan dərini tərifləyib. İstehsalçının iddiasına görə, bu material xırda cızıqları “bərpa edə” bilir. Multimedianın sürətli işləməsi də müsbət qiymətləndirilib. Sürücü naviqasiyadan istifadə edərkən sərnişin eyni anda video izləyə bilir.
Boyu 178 sm olan istifadəçi arxa oturacaqlarda kifayət qədər geniş yer olduğunu bildirib. O, həmçinin ventilyasiya, qızdırma və masaj funksiyalı rahat oturacaqları, mərkəzi qolaltında yerləşən soyuducunu xüsusi qeyd edib. Asqı sistemi “sürət kəsicilərdən” və nahamarlıqlardan hamar keçid təmin edir, döngələrdə isə kuzovun meyillənməsi minimum səviyyədə qalır. Bütün komplektasiyalarda lidarın olması da üstünlük kimi göstərilib.
Çatışmazlıqlar arasında isə ön hissənin dizaynının bəzi istifadəçilərə görə sadə və ifadəsiz görünməsi qeyd olunub.
Yeni Exeed EX7 modelinin rəsmi satışları Çində 17 apreldə başlayacaq. Model, ötən il Rusiya bazarına çıxarılan Exlantix ET avtomobilinin dərin modernizasiya olunmuş versiyası hesab olunur.

MONETAR.AZ