Emirates Global Aluminium fors-major vəziyyəti elan edərək bəzi tədarükləri dayandırdığını açıqlayıb. Şirkətin BƏƏ-də yerləşən əridici zavodlarından biri aprelin 1-də raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və fəaliyyətini dayandırıb.
Məlumata görə, fors-major şərtləri bəzi müqavilələr üzrə artıq qüvvəyə minib.
Emirates Global Aluminium Fars körfəzi regionunda ən böyük alüminium istehsalçısıdır. Şirkət 2025-ci ildə 1,6 milyon ton alüminium istehsal edib.