Azərbaycan Ermənistana növbəti yanacaq partiyası göndərib

Azərbaycan Ermənistana növbəti yanacaq partiyası

Bu gün Balaxanı stansiyası (Bakı ətrafı) ərazisindən Ermənistana 887 ton dizel yanacağı göndərilib.

Məlumata görə, 15 vaqondan ibarət yük Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Saat 11:14-ə olan məlumata əsasən, Azərbaycandan Ermənistana ümumilikdə 15 vaqon (887 ton) dizel yanacağı yola salınıb.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana ilk yanacaq partiyası olaraq 22 vaqon (1218 ton) Aİ-95 markalı benzin göndərilmişdi. 2026-cı il yanvarın 7-də isə yeni partiya olaraq 7600 ton benzin və dizel yanacağı ixrac olunmuşdu.