Ödəniş kartlarının sayı artıb, nağdsız ödənişlər rekord səviyyəyə çatıb

Ödəniş kartlarının sayı artıb,

2025-ci ilin oktyabr ayının sonunda banklar və “Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 21,7 milyona çatıb, bu, ötən aya nisbətən 334 min ədəd çoxdur. Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 13,3% təşkil edib.

Ödəniş kartlarının artımı debet və kredit kartlarında fərqli müşahidə olunub: debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 5,2% azalıb. Artan kart sayı nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, oktyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 8,825 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,776 milyon manatı elektron ticarət, 1,045 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,5%-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələrində də dinamik artım davam edir. Keçən ilin oktyabr ayı ilə müqayisədə bankomatların sayı 8,1%, POS-terminalların sayı isə 60,4% artıb.

MONETAR.AZ