Ödənişli xidmətlərdən daxilolmalar: Proqnozdan 27 faiz az

6 Oktyabr 2025
12:24
Bu ilin 9 ayında övlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatıdan aydın olur ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz çox olsa da, proqnozdan 26,7 faiz az icra olunub.
Mütəxəssislər bu geriləmənin əsas səbəbləri kimi büdcə proqnozlarında əvvəlcədən gözlənilən həddindən artıq nikbin tələbat proqnozlaşdırılmasını göstərir. Bundan əlavə, il ərzində ödənişli xidmətlərə tətbiq edilən sosial güzəştlərin və ya azadolmaların sayının artması, habelə bəzi dövlət xidmətlərinin büdcə hesabına maliyyələşməsinin artırılması nəticəsində əhaliyə ödənişli xidmətlərin həcminin gözləniləndən az olması ehtimal edilir.
MONETAR.AZ