Yanğından “Kapital Bank” da zərər görüb

Yanğından “Kapital Bank” da

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində “Birmarket”ə məxsus anbara da zərər dəyib.

Bu barədə “Kapital Bank” ASC-nin yaydığl açıqlamada qeyd edilir.

Hadisə ilə əlaqədar olaraq “Birmarket” məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Qeyd edək ki, hazırda aidiyyəti qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.