İş həyatında həddindən artıq məşğuliyyət, yəni iş asılılığı, yalnız əmək məhsuldarlığını artıran amil deyil, eyni zamanda sağlamlıq və şəxsi həyat üçün ciddi risklər yaradır. Sber İnsan Beyni və Davranış Laboratoriyasının ekspertləri bunun səbəblərini və nəticələrini araşdırıb.
İş asılılığı nədir?
İş asılılığı sadəcə işə olan hədsiz maraq deyil, bu, asılılıq formasıdır. Əsas əlamətlərə aşağıdakılar daxildir: işə nəzarətsiz şəkildə çox vaxt ayırmaq, işini özünüifadə və tanınmanın yeganə yolu kimi görmək, boş vaxtda belə işlə bağlı narahat fikirlərin yaranması.
İş asılılığın yaranma səbəbləri
Ekspertlərin qeyd etdiyinə görə, bu iki əsas səbəbdən yarana bilər:
-
İşin nəticəsindən sonra yaşanan yüksək emosional həzz və uğur hissi,
-
Rəhbərdən tənqid və ya komanda daxilində narahat söhbətlər, bu isə əməkdaşın daha çox və daha uzun işləməsinə səbəb olur.
Psixoloji xüsusiyyətlər iş asılığı vərdiş halına gətirə bilər.
İş asılılığının riskləri
İş asılılığı qısa müddətdə tanınma, hörmət və karyera yüksəlişi gətirə bilər. Lakin uzun müddətdə aşağıdakı nəticələr müşahidə olunur:
-
Emosional tükənmə: Daim məşğul olmaq yorğunluq və narahatlıq yaradır.
-
Sağlamlıq problemləri: Stress, baş ağrısı, miqren, immunitetin zəifləməsi, ürək-damar xəstəlikləri və psixosomatik pozuntular.
-
Şəxsi münasibətlərin pozulması: Ailə və dostlarla vaxt keçirmək imkanı azalır.
-
Peşəkar inkişafın yavaşlaması: Daim işdə olmaq təlim və inkişaf üçün vaxt buraxmır.
-
İş-həyat balansının pozulması: Hobbi və istirahət üçün vaxt qalmır, nəticədə emosional boşluq və yanma riski artır.
Ekspertlərdən tövsiyələr
Sber İnsan Beyni və Davranış Laboratoriyasının mütəxəssisləri iş asılılığına qarşı aşağıdakı məsləhətləri verirlər:
-
Zövq aldığınız fəaliyyətləri siyahıya alın və onlara vaxt ayırın.
-
İş saatlarından sonra işlə məşğul olmayın, e-poçt və sənədlərə baxmayın.
-
“Mən etməliyəm” ifadəsini “istəyirəm” və “arzulayıram” ilə əvəz edin.
-
Mindfulness və meditasiya kimi üsulları gündəlik rutininizə daxil edin.
-
Həll edə bilmədiyiniz hallarda mütəxəssisə müraciət edin.
Ekspertlər bildirir ki, sağlam iş-həyat balansının qurulması yalnız şəxsi rifahı deyil, həm də peşəkar inkişafı təmin edir.
Monetar.az