Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi

Azərbaycan Dəmir Yolları QSC sərnişin daşımalarına başlayıb

Azərbaycan Dəmir Yolları QSC  sərnişin
28 Sentyabr 2025 13:34

  Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb.

  Verilən məlumata görə, bu gündən ilk dəfə xəttə buraxılan müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir.

  Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına, saat 07:15-də Mingəçevirdən Gəncə-Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatır. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayır, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatır. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olur.

  Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə bilərlər.

  Qatarlarda "standart", "standart+", "biznes" və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.

  Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edir. Sərnişinlər səfər zamanı ödənişsiz "Wi-Fi" xidmətindən də yararlana bilərlər.

  ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

  Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

  Gəncə-Mingəçevir-Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.


Oxşar xəbərlər