Bu ilin III rübündə Gürcüstana dəmir yolu vasitəsilə daxil olan yüklərin 32%-i və ya 282,912 min tonu Azərbaycan tərəfindən göndərilib.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, Rusiyanın payı 29,1%, digər ölkələrin payı isə 38,9% təşkil edib.
Hesabat dövründə Gürcüstan dəmir yolları ilə ümumilikdə 3,5 milyon ton yük daşınıb ki, bu da ötən illə müqayisədə 1,4% azdır. Ümumi yük həcminin 9,5%-i daxili, 32,4%-i beynəlxalq, 58,1%-i isə tranzit daşımaların payına düşür.
III rübdə yükdaşımaların 37,7%-ni koks və emal olunmuş neft məhsulları, 20,6%-ni kimya məhsulları, kimyəvi mallar və süni liflər; rezin və plastik məmulatlar, 12,6%-ni isə metal filizləri və həmçinin mədənçıxarma sənayesi və karyer məhsulları təşkil edib.