MotorTrend 2026-cı ilin “SUV of the Year” mükafatını tam elektrikli Cadillac Escalade IQ modelinə verib. Lüks SUV bazarında rəqabətin gücləndiyi bir vaxtda Escalade IQ həm dizaynı, həm texnologiyası, həm də batareya göstəriciləri ilə ilin ən diqqətçəkən avtomobili seçilib.
Modelin xarici görünüşündə müasir xətlər və premium detallar ön plana çıxır. Mücevher formasında LED işıqlar, 24 düymlük iri disklər və 0,321-lik sürtünmə əmsalı avtomobilə həm estetik, həm də aerodinamik üstünlük qazandırır. Bu aerodinamik quruluş batareya sərfiyyatını da yaxşılaşdırır.
Salonda 55 düymlük kavisli ekran dərhal diqqəti cəlb edir. Lazer işləməli taxta hissələr, LED işıqlandırmalar və yüksək keyfiyyətli alüminium detallar lüks atmosfer yaradır. 38 hoparlörlü AKG Studio Reference səs sistemi isə avtomobilin içini demək olar ki, konsert salonuna çevirir.
Sürüş hissəsində hava asqısı və Magneride amortizatorları rahatlığı artırır. Dörd təkərdən idarəetmə sistemi böyük ölçülü avtomobilin dar yerlərdə belə asan manevr etməsinə şərait yaradır. “Arrival Mode” funksiyası isə maşının aşağı sürətlə yan istiqamətdə hərəkət etməsinə imkan verir ki, bu xüsusilə şəhər içi istifadədə böyük rahatlıq yaradır.
Bütün bu xüsusiyyətlər Cadillac Escalade IQ-nu elektrikli lüks SUV seqmentində yeni standart müəyyən edən modelə çevirir.
Monetar.az