Bloomberg аgentliyinin məlumatına görə, Azov dənizində buğda daşıyan quru yük gəmisi pilotsuz aparat hücumundan sonra batıb. Hadisə barədə Xerson vilayəti hakimiyyət orqanları məlumat verib.
Gəmi heyəti batan gəmini tərk edib və dənizçilərin əksəriyyəti bazar günü sahilə çata bilib. Sahildə doqquz nəfər aşkar edilib və onların hamısının Rusiya vətəndaşı olduğu bildirilib.
Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki ekipaj üzvünün taleyi isə hələ də naməlum qalır. Gəminin dəqiq hansı ərazidə hücuma məruz qaldığı açıqlanmayıb.
Bu, həftəsonu Azov dənizində qeydə alınan ikinci insidentdir. Şənbə günü də pilotsuz aparatın qalıqları Taqanroq sahillərinə yaxın ərazidə xarici bayraq altında üzən yük gəmisinə düşmüşdü.
MONETAR.AZ