“Goldman Sachs” 2026-cı il üzrə qızılın qiyməti proqnozunu artırıb

ABŞ-ın aparıcı investisiya banklarından olan “Goldman Sachs” 2026-cı ilin dekabr ayı üçün qızılın bir unsiya üzrə qiymət proqnozunu 4 300 ABŞ dollarından 4 900 ABŞ dollarına yüksəldib.
Bank bu qərarını Avropa birjalarında birja ticarətli fondlara (ETF) artan investisiya axınları və mərkəzi banklar tərəfindən qızıl alımlarının davam edəcəyi gözləntiləri ilə əsaslandırıb.
Məlumatda bildirilir ki, “Goldman Sachs” 2025-ci ildə mərkəzi bankların orta hesabla 80 ton, 2026-cı ildə isə 70 ton qızıl alacağını proqnozlaşdırır.
Qeyd edək ki, bankın qiymətləndirməsinə əsasən, qızıl üzrə qiymət proqnozunda risklər əsasən yuxarı istiqamətlidir. Şirkət bildirir ki, ETF-lərə marağın artması, qlobal faiz dərəcələri ilə bağlı mövcud təhlilləri üstələyə bilər.
MONETAR.AZ