Dünya bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Gümüşün bir unsiyasının qiyməti 3,33% azalaraq 47,485 dollara düşüb.
Qiymət azalmasının əsas səbəblərindən biri yüksək qiymətlər fonunda gümüşə tələbatın zəifləyəcəyi ilə bağlı proqnozlardır. Cümə günü dərc olunan araşdırmaya əsasən, zərgərlik sektorunda istehlakın azalması və günəş panellərinin istehsalında gümüşdən istifadənin aşağı düşməsi nəticəsində 2026-cı ildə metalın qlobal tələbatı 5% azala bilər.
Digər qiymətli metallar da ucuzlaşıb. Platin 1,07% dəyər itirərək bir unsiya üçün 1 476,25 dollara, palladium isə 1,38% geriləyərək 986,25 dollara enib.
MONETAR.AZ