Qızılın qiyməti növbəti psixoloji həddi keçib

Qızılın qiyməti növbəti
7 Oktyabr 2025 08:35

Nyu-York əmtəə birjasında qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar səviyyəsini keçib.

Dekabr ayı qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4000,1 dollar səviyyəsinə çataraq 0,35% artım göstərib. Lakin Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3987,4 dollara enərək rekorda yaxın dəyərləri qoruyub.

Əvvəlki maksimum 6 oktyabrda qeydə alınmışdı. O zaman qızılın dəyəri bir troya unsiyası üçün 3949 dollar səviyyəsini keçmişdi.

MONETAR.AZ


Oxşar xəbərlər