Azərbaycan benzin və dizel idxalına kvota tətbiq edir

Azərbaycan benzin və dizel idxalına

Azərbaycan hökuməti ölkəyə idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağına limit müəyyən edib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, SOCAR üçün 1 may 2026-cı ildən 31 mart 2027-ci ilədək maksimum 205 min ton Aİ-92 benzini və 201 min ton dizel yanacağı idxal kvotası müəyyən olunub.

Bundan əlavə, qeyd olunan dövr ərzində idxal edilən Aİ-92 benzini və dizel yanacağı üçün aksiz vergisi müvəqqəti olaraq 1 manat/ton səviyyəsində müəyyən edilib.

Qərarın əsas məqsədi daxili yanacaq bazarında sabitliyi qorumaq və fasiləsiz təchizatı təmin etməkdir.