İran nefti Hörmüz boğazında ABŞ blokadasını yarmaqdadır

İran nefti Hörmüz boğazında ABŞ blokadasını

Reuters xəbər verir ki, 24 aprel tarixində təxminən 4 milyon barel İran nefti Hörmüz boğazından keçərək ABŞ-ın hərbi blokadasını yarmağa nail olub.

Məlumata görə, TankerTrackers.com tərəfindən aparılan peyk analizləri göstərir ki, həmin gün bir neçə tanker bu marşrutla hərəkət edib. Eyni zamanda, son günlər boğazı tərk edə bilməyən altı tanker geri dönərək İran limanlarına qayıdıb. Onların ümumilikdə 10,5 milyon barel neft daşıdığı bildirilir.

Bundan əlavə, KplerSinmax tərəfindən əldə edilən məlumatlara əsasən, son 24 saat ərzində əsasən quru yük gəmiləri olmaqla azı yeddi gəmi boğazdan keçib. Bu gəmilərin bəzisi İraq limanlarından yola düşüb, biri isə İran limanından çıxıb.

Fevralın 28-də müharibə başlayandan sonra İran Hörmüz boğazı üzərində nəzarəti gücləndirib, ABŞ isə buna cavab olaraq ayın 13-də “əks-blokada” tətbiq edib. Donald Tramp tərəfindən elan edilən atəşkəs dövründə və 17–18 aprel tarixlərində keçirilən ilkin danışıqlardan sonra İran boğazı müvəqqəti açsa da, qısa müddət sonra nəzarəti yenidən bərpa edib.

Hazırda ABŞ və İran arasında bu strateji su yoluna nəzarət uğrunda gərgin qarşıdurma davam edir.

MONETAR.AZ