Oxu.Az xəbər verir ki, bunu "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2026"nın fiziki məhdudiyyətli iştirakçısı Orxan Əliyev deyib.
O bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də yaxşı nəticə göstərmək istəyirik:
"Əsas məqsədimiz marafonu başa vurmaqdır. "Sizin ayaqlarınızla getdiyiniz yolu biz əllərimizlə qət edirik" bizim əsas şüarımızdır".
Qeyd edək ki, doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik ("Full Marathon") məsafədə təşkil ediləcək.
Builki marafon şəhərin həm tarixi, həm də müasir simasını əhatə edən unikal bir marşrutla yadda qalacaq.
İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanında keçərək, Xəzər sahili boyu Bakı Ağ Şəhər, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar.