Azərbaycan və Oman əməkdaşlığın gücləndirilməsini müzakirə edib

8 Oktyabr 2025
12:41
Azərbaycan və Oman tranzit potensialını müzakirə ediblər. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki səhifəsində yazıb.
"Omana işgüzar səfərim zamanı Omanın iqtisadiyyat naziri Səid bin Məhəmməd əl-Sakri ilə görüşmək çox xoş oldu. Biz iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, kiçik və orta sahibkarlıq və tranzit sahələrində birgə fəaliyyətin inkişaf etdirilməsi imkanlarını müzakirə etdik. Azərbaycanın əlverişli coğrafi mövqeyi, yüksək xarici investisiya potensialı, Azərbaycanın yüksək tranzit imkanları, yüksək investisiya imkanları ilə bağlı fikir mübadiləsi apardıq". paylaşımda deyilir.