158 adda məhsul və xidmət 6 faizdən çox bahalaşıb

158 adda məhsul və xidmət

Azərbaycanda istehlak səbətinə daxil olan məhsul və xidmətlərin bir qismi üzrə ciddi qiymət artımı qeydə alınıb.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında istehlak səbətindəki 566 adda məhsul və xidmətdən 158-nin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 6%-dən çox artıb.

Ötən ilin sentyabr ayında bu göstərici 126 məhsul və xidmət təşkil edib. Beləliklə, bir il ərzində 6%-dən çox bahalaşan məhsul və xidmətlərin sayı 32 vahid artıb.

Bununla yanaşı, istehlak səbətinə daxil olan məhsul və xidmətlərin 16 faizinin qiymətində azalma qeydə alınıb.