Avropa ölkələrində qiymətlər nə qədər qalxıb?

Avropada 2025-ci ilin son rübünə olan inflyasiya göstəriciləri açıqlanıb. Trading Economics platformasının dərc etdiyi son məlumata əsasən, ən yüksək inflyasiya səviyyəsi Türkiyədə qeydə alınıb. Qardaş ölkədə illik inflyasiya göstəricisi 32.95 faiz təşkil edib.
İkinci yerdə 13.20 faizlə Ukrayna, üçüncü pillədə isə 9.90 faizlə Rumıniya qərarlaşıb. İlk beşlikdə həmçinin Rusiya (8.10 %) və Moldova (7.30 %) da yer alıb.
Qeyd edək ki, bir çox Şərqi Avropa və postsovet ölkələrində inflyasiya nisbəti Qərbi Avropa ölkələrinə nisbətən daha yüksəkdir. Məsələn, Belarus (7.20 %), Estoniya (6.10 %), Bolqarıstan (5.30 %) və Serbiya (4.70 %) kimi ölkələrdə qiymət artımı nəzərəçarpacaq səviyyədədir.
Avropada inflyasiya səviyyəsi (faizlə)
-
-
Türkiyə – 32.95 %
-
Ukrayna – 13.20 %
-
Rumıniya – 9.90 %
-
Rusiya – 8.10 %
-
Moldova – 7.30 %
-
Belarus – 7.20 %
-
Estoniya – 6.10 %
-
Bolqarıstan – 5.30 %
-
Serbiya – 4.70 %
-
Monteneqro – 4.60 %
-
Kosovo – 4.40 %
-
Şimali Makedoniya – 4.40 %
-
Macarıstan – 4.30 %
-
Slovakiya – 4.20 %
-
Xorvatiya – 4.10 %
-
Latviya – 4.00 %
-
İslandiya – 4.00 %
-
Bosniya və Herseqovina – 4.00 %
-
Litva – 3.80 %
-
Avstriya – 3.80 %
-
Böyük Britaniya – 3.80 %
-
Norveç – 3.30 %
-
Niderland – 3.30 %
-
İspaniya – 2.90 %
-
Polşa – 2.90 %
-
Yunanıstan – 2.90 %
-
Malta – 2.70 %
-
Sloveniya – 2.60 %
-
Çexiya – 2.50 %
-
Portuqaliya – 2.40 %
-
Lüksemburq – 2.40 %
-
Almaniya – 2.40 %
-
Albaniya – 2.30 %
-
Belçika – 2.30 %
-
Danimarka – 2.00 %
-
İtaliya – 1.90 %
-
Fransa – 1.00 %
-
İsveç – 1.00 %
-
Farer Adaları – 1.00 %
-
Finlandiya – 0.90 %
-
İsveçrə – 1.10 %
-
Lixtenşteyn – 0.40 %
-
Kipr – -0.70 %
-
Xüsusi diqqətçəkən məqam isə Kiprdə inflyasiya səviyyəsinin mənfi olmasıdır. Ölkədə -0.70 faiz səviyyəsində deflyasiya qeydə alınıb. Bu, qiymətlərin azaldığını göstərir və nadir iqtisadi tendensiyalardan biridir.