BVF-dən xəbərdarlıq: Hazır olun…

10 Oktyabr 2025
08:58
Beynəlxalq Valyuta Fondu (BVF) prezidenti Kristalina Georgieva “Hazır olun, qeyri-müəyyənlik yeni normal olacaq və qalıcıdır” deyərək dünyaya xəbərdarlıq edib.
Georgieva, bu il və gələn il üçün qlobal iqtisadi artımın yüngül şəkildə zəifləyəcəyini proqnozlaşdırdı. Qeyri-müəyyənliyin artdığını vurğulayan BVF rəhbəri 13–18 oktyabr tarixlərində keçiriləcək BVF-Dünya Bankı İllik Toplantıları öncəsi etdiyi çıxışında dünya iqtisadiyyatının “gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu” da bildirib.
Georgieva çıxışında "Dəyişiklik dövründə fürsət" mövzusuna toxunaraq, dünya ölkələrinin mövcud şəraitə uyğunlaşmağa və davamlı iqtisadi strategiyalar qurmağa hazır olmalarının vacibliyini vurğulayıb.
MONETAR.AZ