Mərkəzi bank ehtiyatlarına görə dünyanın ən güclüləri

İqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayan mərkəzi bank ehtiyatlarının bölgüsü üzrə ən son l reytinq açıqlanıb. “The World Factbook”un 2024-cü ilə dair məlumatlarına əsasən hazırlanmış siyahıya görə Çin Xalq Respublikası 3,45 trilyon ABŞ dolları dəyərində ehtiyatla dünyada birinci yeri tutur.
Reytinqin hazırlanmasında xarici valyuta, qızıl ehtiyatları və digər likvid aktivlər əsas götürülüb. Mərkəzi bank ehtiyatları ölkələrin maliyyə sabitliyi üçün “maliyyə qalxanı” hesab olunur və onlar ödəniş balansı öhdəliklərinin yerinə yetirilməsində, eləcə də iqtisadi və geosiyasi risklərə qarşı müdafiədə mühüm rol oynayır.
İlk onluqda yer alan ölkələr və ehtiyatlarının dəyəri (ABŞ dolları ilə):
-
Çin – 3 trilyon 456 milyard
-
Yaponiya – 1 trilyon 231 milyard
-
ABŞ – 910 milyard
-
İsveçrə – 909 milyard
-
Hindistan – 643 milyard
-
Rusiya – 597 milyard
-
Səudiyyə Ərəbistanı – 463 milyard
-
Honq Konq – 425 milyard
-
Cənubi Koreya – 418 milyard
-
Sinqapur – 383 milyard
Qeyd olunur ki, ilk onluğa daxil olan ölkələr birgə 9,4 trilyon ABŞ dolları dəyərində ehtiyata sahibdirlər. Bu isə qlobal ehtiyatların 60 faizindən çoxunu təşkil edir.
MONETAR.AZ