Neftə tələbat ilbəil artır

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üzrə maye karbohidrogenlərə dair gündəlik qlobal tələbat proqnozunu yeniləyib.
2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbatın orta hesabla 103,99 milyon barel səviyyəsində olacağı gözlənilir. Bu göstərici əvvəlki proqnozdan 0,18 milyon barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,11 milyon barel (əvvəlki proqnoz 105,09 milyon barel) səviyyəsində olacağı ehtimal edilir.
Hesabatda qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat orta hesabla 102,91 milyon barel təşkil edib ki, bu da 2023-cü ilin göstəricisi (102,14 milyon barel) ilə müqayisədə 0,77 milyon barel artım deməkdir.
Xatırladaq ki, əvvəlki illərdə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat aşağıdakı səviyyələrdə olub:
-
2022-ci il: 99,15 milyon barel
-
2021-ci il: 97,56 milyon barel
-
2020-ci il: 91,81 milyon barel
-
2019-cu il: 101,23 milyon barel
MONETAR.AZ