Sənaye məhsullarının istehsalçı qiymətləri 50 faizdən çox artıb

Sənaye məhsullarının istehsalçı qiymətləri

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2026-cı ilin sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz artıb.

Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunub.

Qiymət artımı əsasən neft-qaz sənayesində qeydə alınıb. Belə ki, bu sahədə istehsalçı qiymətləri illik müqayisədə 63,9 faiz yüksəlib.

Emal sənayesində qiymət artımı 13,5 faiz, qeyri-neft sənayesində isə 8,4 faiz təşkil edib.

Mərkəzi Bank neft-qaz sənayesində qiymətlərin yüksəlməsini dünya bazarlarında neftin bahalaşması ilə əlaqələndirib.