Maskın pulu yarım trilyon dolları keçdi

Maskın pulu yarım trilyon
2 Oktyabr 2025 08:43

“Tesla” şirkətinin Baş İcraçı Direktoru (CEO) İlon Mask tarixdə sərvəti 500 milyard dollar həddinə çatan ilk şəxs kimi rekord vurub.

“Forbes”in real vaxt rejimində tərtib edilən Milyarderlər Siyahısına əsasən,  Maskın sərvəti yarım trilyon dollar səviyyəsini görüb. Ticarət gününün sonunda isə sahibkarın sərvəti 499,1 milyard dollar olaraq qeydə alınıb.

Maskın sərvətindəki əsasən, elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhmlərinin bərpası ilə yanaşı, onun süni intellekt təşəbbüsü olan “xAI” və kosmos şirkəti “SpaceX”in dəyər qazanması təsir göstərib. Qeyd edək ki, “Tesla”nın səhmləri ilin əvvəlindən bəri təxminən 14 faiz dəyər qazanıb.

“Forbes”in Milyarderlər Siyahısında Maskı ardınca “Oracle”ın təsisçisi Larri Ellison və “Meta”nın təsisçisi Mark Zukerberq gəlir.

Məlumat üçün bildirək ki, sərvəti 2020-ci ilin avqust ayında 100 milyard dolları keçən Mask 2021-ci ilin yanvar ayında təxminən 190 milyard dollar sərvətlə ilk dəfə dünyanın ən zəngin adamı adını qazanmışdı.

MONETAR.AZ


Oxşar xəbərlər