Dünyanın ən çox sərnişin qəbul edən hava limanları

Dünyanın ən çox sərnişin qəbul edən
30 Sentyabr 2025 09:05

Qlobal sərnişin daşınması pandemiyadan əvvəlki səviyyəni keçib.

Hava Limanları Şurası Beynəlxalq Təşkilatının (ACI) açıqladığı məlumatlar qlobal sərnişin daşınmasının 2024-cü ildə nəhayət pandemiya öncəsi səviyyəni üstələyərək 9,4 milyard sərnişinə çatdığını göstərib. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə təxminən 2,7 faiz artım deməkdir.

Keçən il ən yüksək sərnişin sıxlığına malik hava limanı titulu bir daha Atlanta Hartsfild-Cekson hava limanına məxsus olub.

Atlanta Hava Limanı 2024-cü ildə 108 milyon sərnişinə xidmət göstərib, bu rəqəm 2019-cu ilin göstəricisindən 2 faiz aşağıdır.

İlk səkkizlikdəki hava limanlarından dördü ABŞ-da yerləşib: Dallas-Fort Uort (üçüncü yer, 88 milyon sərnişin), Denver (altıncı yer, 82 milyon) və Çikaqo O'Hara (səkkizinci yer, 80 milyon).

Türkiyənin İstanbul Hava Limanının yüksəlişi diqqət çəkib. Yeddinci sırada qərarlaşan İstanbul Hava Limanı 80,1 milyon sərnişinlə 2019-cu ildən bəri 50 faizdən çox artım qeydə alıb.

Siyahının aşağı pillələrində Asiya regionunun əhəmiyyətli artım göstərən hava limanları yer alıb:

Doqquzuncu yerdə Hindistanın Dehli Hava Limanı (77,8 milyon sərnişin) gəlib, 2019-cu illə müqayisədə +13,6 faiz artıb.

Onuncu yerdə isə Çinin Şanxay Pudun Hava Limanı (76,8 milyon sərnişin) qərarlaşıb. Şanxay Hava Limanı 2024-cü ildə 11 pillə irəliləyib.

ACI məlumatları 170 ölkədəki 2181 hava limanını əhatə edib.

MONETAR.AZ


Oxşar xəbərlər