Dövlət xidmətlərində süni intellekt 2028-ci ilə qədər tətbiq olunacaq

Dövlət xidmətlərində süni intellekt

Azərbaycan hökuməti 2028-ci il dekabr ayına qədər dövlət xidmətlərinin Sİ (Sistem İnteqrasiya) əsaslı təşkilini həyata keçirməyi planlaşdırır. Bu təşəbbüs aidiyyəti dövlət orqanları və qurumlar tərəfindən icra olunacaq və vətəndaşlara daha sürətli, optimallaşdırılmış və məmnuniyyətə yönəlik xidmətlər təqdim etməyi hədəfləyir.

Əsas tədbirlər

  • Sİ-in tətbiq ediləcəyi azı 10 sosial və biznes “həyat hadisəsi” üzrə dövlət xidmətinin müəyyən edilməsi;

  • Sİ əsaslı dövlət xidmətlərinin göstərilməsi üçün optimallaşdırılmış proseslər üzrə tədbirlər planının hazırlanması;

  • Ən azı 5 dövlət xidmətinin pilot rejimdə göstərilməsi;

  • Xidmətlərin Sİ əsaslı təqdimatı və vətaandaş məmnuniyyəti indeksinin rüblük əsasda ölçülməsi.

Bu addımlar nəticəsində vətəndaşlar və sahibkarlar üçün dövlət xidmətləri daha çevik, şəffaf və inteqrasiya olunmuş formada təqdim ediləcək, eyni zamanda xidmətlərin keyfiyyəti rəsmi olaraq izləniləcək və təkmilləşdiriləcək.

MONETAR.AZ