Honor yeni smartfonu barədə məlumat verib

Honor yeni smartfonu barədə

Honor öz qeyri-adi cihazı — Robot Phone haqqında daha ətraflı məlumat açıqlayıb. Medianın yazdığına görə, şirkət bu layihəyə ciddi yanaşır. Bu, sadəcə konsept və ya əyləncə deyil, “gələcəyin smartfonunun necə ola biləcəyini yenidən düşünmək cəhdidir”.

Honor-un məhsul xəttinin prezidenti Fan Fey müsahibəsində bildirib ki, yeniliyin əsas ideyası smartfona təkcə “görmək” (kameraların etdiyi kimi) yox, həm də hərəkət etmək qabiliyyəti qazandırmaqdır.

Robot Phone -un əsas xüsusiyyəti daxili stabilizasiya platformasıdır. Bu sistem kameraya təkcə çəkiliş aparmağa deyil, həm də hərəkət etməyə və obyektləri izləməyə imkan verəcək. Bu isə indiyədək yalnız peşəkar operatorlar üçün mümkün idi.

Bununla yanaşı, Robot Phone  birdəfəlik layihə deyil. Şirkət bildirir ki, onu “heç də az təəccüblü olmayan texnologiyalara” malik digər məhsullar da izləyəcək.

Yeniliyin rəsmi təqdimatı artıq 1 mart tarixində baş tutacaq. Həmin gün smartfonun dəqiq texniki xüsusiyyətləri və bütün detalları açıqlanacaq.

MONETAR.AZ