Samsung yeni smartfonlardakı çatışmazlığı izah edib

Samsung yeni smartfonlardakı çatışmazlığı

Samsung korporasiyası yeni Galaxy S26 smartfonlarına maqnitli enerji yığma funksiyasını əlavə etməyib. Çünki bu funksiyanı əhəmiyyətli hesab etmir. Bu barədə TechAdvisor nəşri məlumat yayıb.

Dünən bildirildiyi kimi, 26 fevralda təqdim olunan Galaxy S26 seriyalı telefonlarda maqnitli enerji yığmanın və Qi2 protokolunun dəstəyi yoxdur. Bu cür funksiya iPhone 17-də və digər brendlərin cihazlarında mövcuddur. Məlum olub ki, Samsung cihazların arxa panelinə quraşdırılan maqnitlərdən imtina edib, çünki şirkət bu xüsusiyyəti vacib saymır.

Maqnitli enerji yığmanın olmamasını çatışmazlıq hesab edən TechAdvisor jurnalisti Kris Martin bu məsələ ilə bağlı Samsung UK nümayəndəsi Kadeş Bekforda müraciət edib. Şirkət menecerinin sözlərinə görə, Galaxy S26 xəttinə aid smartfonlar hazırlanarkən istifadəçilərin maraqları nəzərə alınıb və əsas diqqət ultra nazik Galaxy S25 Edge modelinə yönəldilib. “Biz telefonları daha nazik və yüngül edə bildik, eyni zamanda maksimal möhkəmlik təmin etdik və bu, həqiqətən hiss olunan üstünlükdür”, – deyə Bekford vurğulayıb.

Samsung-da həmçinin bildirilib ki, maqnitlərin olmaması mühəndislərə cihazların qalınlığını 0,3 millimetr azaltmağa, korpusun möhkəmliyini artırmağa və buxarlanma ilə soyutma kamerasının ölçüsünü böyütməyə imkan verib. “Bunun dəyib-dəymədiyini telefonları test edəndə görəcəyik”, – deyə jurnalist Kris Martin yekunlaşdırıb.

Qeyd edək ki, Rusiyada Samsung Galaxy S26 seriyalı smartfonlar üçün öncədən sifarişlər artıq açılıb. Xəttin ən ucuz modeli 90 min rubl, ən bahalı modeli isə 190 min rubl qiymətləndirilib.

MONETAR.AZ