Azərbaycanda özəl pensiya fondları barədə qanun HAZIRLANIB

Azərbaycanda özəl pensiya fondları barədə
11 İyun 2025 10:59

Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində hüquqi baza formalaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, bu məqsədlə “Qeyri-dövlət pensiya fondları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Hazırda layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Qanun qüvvəyə mindikdən sonra özəl pensiya fondlarının fəaliyyəti qanunla tənzimlənəcək və vətəndaşlara dövlət pensiya sistemindən əlavə alternativ seçim imkanı yaradacaq.

Özəl pensiya fondları dünyanın bir çox ölkəsində mövcuddur. Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyə kimi ölkələrdə bu fondlar dövlət pensiya sistemini tamamlayıcı alət kimi fəaliyyət göstərir. Bu model pensiya təminatında şaxələndirmə yaratmaqla vətəndaşlara daha çevik və fərdi yanaşma imkanı verir.

Yeni qanunun qəbul olunması Azərbaycanda özəl pensiya bazarının formalaşmasına təkan verəcək, sığorta-pensiya sisteminin rəqabətliliyini və dayanıqlığını artıracaq, vətəndaşların uzunmüddətli maliyyə planlaşdırmasına dəstək olacaq.


Oxşar xəbərlər