Meta Platforms şirkəti mayın 20-dən etibarən ixtisar prosesinə başlamağı planlaşdırır. Məlumata görə, bu mərhələdə şirkətin qlobal əməkdaşlarının təxminən 10%-i, yəni 8 minə yaxın işçi ixtisara düşəcək.
Reuters-in məlumatına əsasən, bu addım Facebook və Instagram platformalarının sahibi olan şirkətdə genişmiqyaslı kadr optimallaşdırmasının ilk mərhələsidir.
Mənbələrin bildirdiyinə görə, ilin ikinci yarısında əlavə ixtisarların da həyata keçirilməsi gözlənilir, lakin onların vaxtı və miqyası hələ dəqiqləşdirilməyib.
Bundan əvvəl Meta-nın işçi sayını 20% və ya daha çox azaltmağı nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Bununla belə, yekun qərarlar şirkətin xüsusilə süni intellekt sahəsində inkişaf tempindən asılı olaraq dəyişə bilər.
Şirkət isə planlaşdırılan ixtisarların dəqiq vaxtı və miqyası ilə bağlı rəsmi şərh verməkdən imtina edib.
MONETAR.AZ