Sadələşdirilmiş vergi ödəyənlər ipoteka krediti hansı gəlirlə götürə biləcəklər?

Sadələşdirilmiş vergi ödəyənlər
7 İyul 2025 17:32

Güzəştli ipoteka krediti üzrə borcalanların gəlirinin hesablanmasında yeni dəyişiklik edilir. Bu dəyişiklik əsasən, fərdi sahibkarlara (muzdlu işçi cəlb etməyənlər) güzəştli ipoteka krediti verilərkən onların gəlirinin necə hesablanacağını tənzimləyir.

Yeni qaydalara görə:

  • Böyük şəhərlər (Bakı, Gəncə, Sumqayıt, Xırdalan) üçün borcalanın gəliri minimum əməkhaqqının 3 misli kimi hesablanacaq.

  • Digər şəhər və kəndlərdə isə borcalanın gəliri minimum əməkhaqqının 2 misli olacaq.

Başqa sözlə, iri şəhərlərdə gəlirə tələb 1200 manat, digər bölgələrdə 800 manat olacaq.  


Oxşar xəbərlər