Valideynlərə və müəllimlərə məktəb dərslikləri ilə bağlı fikirlərini bildirmək təklif edilib

Valideynlərə və müəllimlərə məktəb dərslikləri ilə bağlı fikirlərini bildirmək

Elm və Təhsil Nazirliyi 2026–2027-ci tədris ili üçün dərslik layihələri ilə bağlı ictimai sorğu keçirir. Nazirliyin məlumatına görə, məqsəd dərsliklərin və metodik vəsaitlərin təkmilləşdirilməsidir.

Dərslik layihələri mərhələli şəkildə www.trims.edu.az saytında İctimai müzakirədə olanlar bölməsində yerləşdirilir. Bütün layihələrin platformada təqdim edilməsi yaxın vaxtlarda tamamlanacaq. Maraqlanan şəxslər dərslik layihələrinin məzmunu ilə tanış ola və xüsusi bölmədə fikirlərini bildirə bilərlər. Eyni zamanda, təklifləri [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.

Elm və Təhsil Nazirliyi alimləri, müəllimləri, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai təşkilatları və digər maraqlı tərəfləri təqdim olunmuş dərslik layihələri ilə bağlı fikirlərini bildirməyə dəvət edir.