Azərbaycanda şəkər çuğunduru istehsalı 70 faiz artıb

Azərbaycanda şəkər çuğunduru istehsalı

Azərbaycanda şəkər çuğunduru istehsalı 70 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-sentyabr aylarında ümumi əkin sahəsi 7,275 hektara çatıb, yığım aparılan sahə isə 3,369 hektar təşkil edib. 

Məhsuldarlıq da əhəmiyyətli dərəcədə yüksəlib. Hər hektardan orta məhsul miqdarı 435,1 sentnersəviyyəsinə çataraq 2024-cü ilin 347,4 sentnergöstəricisini üstələyib.

Nəticədə, ümumi yığılmış məhsul həcmi 146,573 ton olub ki, bu da əvvəlki ilin 86,122 ton göstəricisinə nisbətən 70 %-dən çox artım deməkdir.

Azərbaycanda 2024-cü ildə şəkər çuğundurunun əkin sahəsi 6,8 min hektar olub. Əkin sahəsi 2019-cu ilə nisbətən 6,8 % azalıbş, 2023-cü ilə nisbətən isə 51,1% artıb. 

2024-cü ildə şəkər çuğundurunun istehsalı 2019-cu ilə nisbətən 32,8 %, 2023-cü ilə nisbətən isə 40,7% artaraq 290,1 min ton olub.

2024-cü ildə şəkər çuğunduru istehsalının 90 %-dən çoxu 10 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar: Tovuz (30,3 %), Hacıqabul (20,2 %), Füzuli (8,1 %), 
Biləsuvar (6,8 %), Yevlax (4,6 %), Ağcabədi (3,7 %), Beyləqan (3,3 %), Şamaxı (2,9 %) və İmişli (1,9 %) təşkil edib.

MONETAR.AZ